Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirli məmurdan Bakıda seçki mesajı

“Ölkədə bütün seçkilər hər zaman azad, demokratik, şəffaf şəkildə keçirilib”.

Azərbaycan seçkilərin keçirilməsində böyük təcrübəyə malikdir. Ölkədə bütün seçkilər hər zaman azad, demokratik, şəffaf şəkildə keçirilib.

Din.az xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib. O qeyd edib ki, Azərbaycan Şərq və Qərbin qovşağında yerləşən, regionun stabilliyində böyük rol oynayan ölkədir:

“İqtisadi və siyasi cəhətdən güclü olan Azərbaycan Xəzər regionunda inkişaf və sabitliyin qarantı olduğu üçün bu ölkədə keçiriləcək prezident seçkiləri region üçün də böyük əhəmiyyətə malikdir”.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...