Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misli görünməmiş dələduzluq: 68 nəfər ümrə ziyarəti adı ilə…

68 şəxsi ümrə ziyarəti adı ilə aldatdılar.

Türkiyənin Kahramanmaraş bölgəsində ümrə ziyarətinə getmək üçün firmaya müraciət edən 68 nəfər dələduzluğun qurbanı olub.

Din.az xəbər verir ki, firma 68-i nəfəri ümrə adı ilə Qaziantep və Şanlıurfada gəzdirib.

68 nəfərin hər birindən ziyarət üçün 690 dollar alınıb. Ancaq ziyarətçilər Məkkə və Mədinə yerinə Şanlıurfa və Balıkgölü görməklə kifayətlənib.

Firma işçiləri adıçəkilən yerlərə ekskursiya etdikdən sonra ziyarətçilərə “Yolu davam edə bilməyəcəyik. Əlbistana geri dönürük” deyib. Aldadıldıqlarını anlayan ziyarətçilər bölgə yaxınlığında yaşayan qohumlarına xəbər veriblər. Hadisə yerinə polis çağrılıb. Polis ifadə üçün avtobus sürücülərini bölməyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...