Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MİSMARSIZ TİKİLƏN MƏSCİD – 811 İLDİR YAŞAYIR

Zəlzələlər bu məscidə təsir etməyib.

Türkiyənin Samsun vilayətində 1206-cı ildə taxtadan tikilən Gokcəli məscidi hələ də sağ-salamatdır.
Din.az bildirir ki, 300 nəfərin ibadət edə bildiyi bu məscid hələ də öz ilkin rəngini qoruyur. Samsun vilayətinin Haşbahçə məhəlləsinin Gökçeli qəbirstanlığında yerləşən bu məscid Anadolu memarlığının ən gözəl incilərindən biridir.


Dəfələrlə zəlzələlərin olmasına baxmayaraq bu məscidə heç nə olmayıb. Çünki zəlzələyə qarşı ustalıqla memarlıq sirlərindən istifadə olunub.
Təbii boyalardan istifadə olunduğuna görə əsrlərdir rəngi solmur.
Rəvayətlərə görə bu məscid Səlcuq sultanı Birinci Qiyassədin Keyhüsrəv tərəfindən tikilib.
Məscidin axundu Özköşə bildirib ki, 1990-cı ildə elm adamları bu məsciddən götürdükləri dəlillərlə onun 800 yaşı olduğunu müəyyənləşdiriblər. Deyilənlərə görə bu məscid dağılarkən qiblə istiqamətində yıxılacaq. / İslaminSesi

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...