Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mnatsakanyan sumqayıtlı keşişlə görüşür – Qarabağda

Əslən Sumqayıtdan olan arxiyepiskop Qarabağda fəaliyyət göstərir.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinə səfəri zamanı təkcə rəsmi liderlərlə görüşməyəcək.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb. Məlumata görə, qondarma rejimin rəhbəri Bako Saakyan, “spiker” Aşot Qulyan, “xin rəhbəri” Masis Mailyanla bərabər, Azərbaycanın Erməni Qaçqınları İttifaqının nümayəndələri ilə də bir araya gələcək.

Mnatsakanyanın görüşdüyü şəxslər arasında Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının rəhbəri, əslən Sumqayıtdan olan arxiyepiskop Parqev Martirosyan da olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...