Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Molla Bakının bu kəndində Quran oxumaq üçün “tas” qoydu – RƏZALƏT

200 manatı olmayanın ölüsü duasız qalır.

Bakının Digah kəndində mollanın rüşvətxorluğundan bezən sakinlər şikayət edirlər.

Din.az “A24.az”a istinadən bildirir ki, bu barədə sakinlər “Faktor.az”a müraciət edib. Belə ki, kənddə birinin evində rəhmətə gedən oldusa, Molla Əliverdinin cibi bayram edir. Adıçəkilən mollanın mərasimə təşrif buyurması bir az baha başa gəlir. Belə ki, onun “müqəddəs dilindən” Quran ayələrini eşitmək istəyirsinizsə, 200 manat verməlisiniz. Bunun ailənin büdcəsinə aidiyyatı yoxdur.

Kənd sakinlərindən biri əhvalatı belə nəql etdi. Deyir ki, ailənin imkanı yoxdur deyə mollaya 50 manat verdi. Amma o, pulu geri qaytarıb, az olduğunu deyib və “üstünü düzətməsini” istəyib.

150 manat vermiş olsan da sənə 50 manat borclu qaldığını deyir. Elə bu hadisənin birinə özüm şahid oldum. 40 mərasiminə gələn “Mötəbər molla” gedərkən gəlmədiyi bir günün əvəzinə 20 manatı almadı, ancaq 180 manat alacağını və 130 manatı alaraq 50 manatı sabah çatdırılması gərəkdiyini söylədi.

Həmin kənddə isə Kəndin İcra Nümayəndiliyi tərəfindən yas mərasimlərində yemək verilməsi qadağan edilib. Çünki kənd sakinlərinin hamısı eyni maddi durumda deyil. Yaxınını, doğmasını itirən kəslər bir də yüksək səviyyədə mərasim keçirməyin dərdini çəkməsin.

Ancaq bu mollanın “qiymətini” kim belə yüksək verib, mərasimdə mollanın aldığı “zəhmət haqqı”nı kim müəyyən edib və bunun qarşısını kim alacaq? İndi kənd sakinlərini narahat edən ən böyük sual budur.

Məsələ ilə bağlı QMİ-nin mövqeyini yaymağa hazırıq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...