Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Molla çaya atılaraq boğulan adamları xilas etdi – İBRƏTAMİZ

Molla əsl insanlıq və fədakarlıq nümunəsi göstərib.

Dağıstanlı bir din xadimi çayda boğulan insanları xilas edərək əsl insanlıq və fədakarlıq nümunəsi göstərib.

Din.az xəbər verir ki, faciə respublikanın yüksək dağlıq ərazidə yerləşən Xunzax bölgəsindəki Qotsatlinsk SES-in yaxınlığında meydana gəlib.

Üç nəfərdən ibarət ailənin getdiyi “Lada Kalina” markalı avtomobil uçurumdan yuvarlanaraq çaya düşüb. Bu zaman Buynaksk şəhrindən yas məclisindən qayıdan Şamil rayonunun Kaxib kəndinin imamı Nurudin Nurudinov qarşısında gedən avtomobilin uçurumdan çaya düşdüyünü görən kimi düşünmədən maşını saxlayıb və özünü çaya atıb. Öncə sahildən təxminən 30 metr məsafədə boğulmaqda olan qadını, sonra isə ərini xilas edib. Qadın 10 yaşlı oğullarının da onlarla bərabər olduğunu söyləyib. Təəssüf ki, artıq mollanın gücü tükəndiyindən nə avtomobili, nə də oğlanı tapa bilməyib. Xilas edilmiş insanları köməyə gələn digərləri xəstəxanaya çatdırıblar.
Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatlara görə, batan uşağın axtarışları hələ də davam edir. Axtarışda xilasedicilərlə yanaşı, hüquq-mühafizə orqanları əməkdaşları və yerli sakinlər də iştirak edir.
Qeyd edək ki, qəhrəmanlıq göstərmiş din xadimi Nurudin Nurudinov eyni zamanda Dağıstan İlahiyyat İnstitutunun müəllimidir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...