Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Molla çoxuşaqlı ailəyə yardım etdi – İbrətamiz

Kənd imamından ibrətamiz davranış …

Rusiyanın Həştərxan vilayətində yaşayan çoxuşaqlı Kuşkarovlar ailəsi Nərimanov rayonunun Burunı məscidinin imamı Sarsenbay-həzrət Tauzayevə təşəkkür edib.

Din.az xəbər verir ki, buna səbəb mollanın həmin ailəyə dəfələrlə yardım etməsi olub.

“Bu ilin avqust ayında ciddi xəstəliyə düçar oldum və xəstəxanaya düşdüm. Həmin vaxt kənd imamı övladlarıma baş çəkərək onların ehtiyaclarını qarşılayıb, uşaqlara ərzaq, dəftərxana ləvazimatı və lazımi dərmanlar aparıb”, – çoxuşaqlı ana minnətdarlıq məktubunda belə deyir.
Xəbərdə deyilir ki, çətin həyat şəraində olan ailəyə, ümumiyyətlə, bütün yerli müsəlman icması dəstək olub. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...