Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Molla hicab qadağasıyla bağlı birbaşa prezidentə müraciət etdi və… – Gözlənilməz

32 yaşlı din xadimi hicaba qadağa, kişilərə saqqal saxlamağa məhdudiyyət qoyulmasını pislədi.

Özbəkistanda din xadimi prezident Şavkat Mirziyoyevə qadınlara hicab məhdudiyyətləri və qadağaları aradan qaldırmaq barədə açıq şəkildə müraciət etdikdən sonra işini itirib.

Din.az xəbər verir ki, cümə günü –sentyabrın 7-də Daşkəndin Yunusabad rayonundakı “Omina” məscidinin imam-xətibi Fazliddin Parpiyev özlüyündə Özbəkistanda ruhanilər üçün riskli olan addım atıb.

O, “Facebook” sosial şəbəkəsində açıq video-mətnlə ölkə prezidentinə müraciət edib. 32 yaşlı din xadimi Özbəkistanın təhsil müəssisələində hicaba qadağa, kişilərə saqqal saxlamağa məhdudiyyət qoyulmasını pisləyərək prezidenti vətəndaşların vicdan azadlığının təmin etməyə çağırıb.

Tezliklə imamın “Facebook” səhifəsindəki müraciəti yoxa çıxıb. Və o, iki gün sonra- sentyabrın 9-da Özbəkistan Müsəlmanları İdarəsinin rəhbərliyi tərəfindən işdən azad edilməsi haqda məlumat verib. F.Parpiyevin işdən azad edilməsi barədəki əmri Özbəkistan müftisi Usman Alimov imzalayıb. Buna rəğmən dini lider öz fikirlərindən imtina etmədiyini bildirib:

“Mən prezidentə video-müraciət etdiyimə görə peşiman deyiləm. Ancaq atam mobil telefonumu əlimdən alıb və bu səəbəbdən ona da təzyiqlər edildiyini düşünürəm…” / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...