Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Molla polisin dərsini verdi: “Sus, məni dinlə!” – FOTO – VİDEO

Share Button

“Allaha dua edənlərdən sənə zərər gəlməz, ay sadəlövh insan!”

Sən mənə yalnız müsəlman olduğuma görə, saqqallı olduğuma görə yaxınlaşdın. Müsəlman olduğum üçün mənə təzyiq göstərirsən. Mənsə səndən qorxmuram! Çəkinmirəm və Allahına tapınaraq deyirəm: “Allahu əkbər!”

İngiltərənin Birmingem şəhərinin mərkəzi küçələrindən birində qaradərili, saqqallı gənc molla vəz verib. Bu zaman polis zabiti ona yaxınlaşıb və vəzini dayandırmağı söyləyib, mollanın ətrafına toplaşan müsəlmanlara da dağılmağı əmr edib. Molla isə əsəbləşib.

“Din.az” “Daily Mail”ə istinadən bildirir ki, qaradərili molla polislə üzbəüz duraraq ucadan deyib: “Bura demokratik ölkədir, azad dövlətdir, söz azadlığımız və vətəndaş hüquqlarımız var. Sən nə ixtiyarla mənim susmağımı tələb edə bilərsən?! Terrorçu deyiləm, “canlı bomba” deyiləm, ekstremistlik etmirəm. Allahın adını çəkirəm, insanları sülhə, anlayışa, sevgiyə çağırıram. Qurani-Kərimi anladıram.

Sən kimsən ki, Allahın adını çəkməyimə mane olasan?! Sən kimsən ki, mənə danışmamağı, susmağı, buradan getməyi əmr edirsən?! Axı sən kimsən?! Allahu əkbər! Bax, Allahın adını çəkirəm! Mən haram etməkdən qorxuramsa, Allahı sevirəmsə, sən kimsən ki, səndən qorxam?! Məni həbs etmək istəyirsən?! Bax, bu hicablı xanım şahidimdir. Tut, qandalla, vur məni! Sən irqçisən! Müsəlmanları sevmirsən, bizə nifrət edirsən! Sən televizorda deyilənlərin qurbanısan! At zibilliyə o televizoru! Bura azad ölkədir və biz ictimai yerlərdə azad danışa bilərik. Sən get cinayətkarları tut, terrorçuları zərərsizləşdir, pedofilləri ələ keçir! Allaha dua edənlərdən sənə zərər gəlməz, ay sadəlövh insan!”

Çaşqın polis nə deyəcəyini bilməyərək hadisə yerindən uzaqlaşıb. Ətrafdakı müsəlmanlar isə onu fitə basıblar.

1579af4d67971b

1579af4d64276d

1579af4d7676a0

1579af4d609d22

1579af4d79f08e

1579af4d72ef2d

1579af4d7d770f

1579af4d6ec0f0

1579af4d6b3560

1579af4d5c658f

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir