Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Molla yetim və xəstə uşaqları məscidə ekskursiyaya apardı … – Hədiyyələr verdi …

Müsəlman məbədi ətrafında təmizlik işləri aparıldığını görən uşaqlar həvəslə bu işə qoşulublar.

Bu yaxınlarda Həştərxan vilayətinin Nərimanov rayonunun psixo-nevroloji internat məktəbinin tələbələri Cakuyevka kənd məscidini ziyarət ediblər.

Din.az xəbər verir ki, islam ibadətgahına ekskursiyanı rayon imamı Fərhat-həzrət Kenjəliyev təşkil edib. Məscidə gələn vaxt müsəlman məbədi ərazisində təmizlik işləri aparıldığını görən uşaqlar həvəslə bu işə qoşulublar.

Yetim və xəstə uşaqları məsciddə gəzdirdikdən sonra xeyirxah molla onlar üçün çay-şirniyyat süfrəsi təşkil edib. Fərhat-həzrət Kenjəliyev süfrə ətrafında balaca müsəlmanlara İslamın gözəlliklərindən, dünya həyatını mənalı yaşamağın yollarından bəhs edib. Sonda imam uşaqların hər birinə hədiyyələr təqdim edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...