Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mollalar şəhərə asfalt döşədilər… İBRƏTAMİZ

Din xadimləri şəhərin abadlığına öz töhfələrini verdilər.

Tacikistanın şimalındakı Soğd vilayətinin Büston şəhərində icra hakimiyyətinin göstərişi ilə ölkənin müstəqilliyinin 30-cu ildönümü ilə bağlı aparılan abadlıq işləri çərçivəsində Cümə məscidinin imamları yolun təmiri işlərinə qatılıblar.

Din.az xəbər verir ki, bu barədə Tacikistan İslam Mərkəzi məlumat verib. Mollalar və məscidin daimi ziyarətçiləri növbəti namazdan sonra öz əlləri ilə Qələbə meydanından keçən yolu əsaslı təmir ediblər.

Məlumatda deyilir ki, din xadimləri şəhərin abadlığına öz töhfələrini verə bildikləri üçün yalnız şad olublar.

O da qeyd edilir ki, bu, Tacikistanda imamların doğma ölkənin abadlığına ilk töhfəsi deyil. Xatlon bölgəsində yerli məscid imamları sovet dövrü ictimai xadimlərindən birinin abidəsinin bərpası üçün vəsait toplayıblar…

P.S. Zənnimizcə, Azərbaycanda da mollaların, müəllimlərin, həkimlərin, polislərin və s. abadlıq işlərinə, o cümlədən pambıq yığımına cəlb edilməsi ənənəsini daha da fəallaşdırmaq lazımdır. Düzdür, son illər bəzi rayonlarda məsələn, Bərdədə müəllimlərin, həkimlərin yolların kənarının kol-kosdan, zir-zibildən təmizlənməsi, süpürülməsi və s. kimi işlərdə fəal iştirak etdiyi iməciliklər olub. Amma azdır… Guya bunların çoxu seçkidən seçkiyə səs verməkdən, iclasdan iclasa, konsertdən konsertə toplaşıb say artırmaqdan savayı nə işə yarayırlar? Qoy zəhmət çəksinlər, bir əlləri qabarsın… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...