Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mollalar üçün vahid tarif: Yas sahibi nə qədər ödəməlidir?

Ölkəmizdə mollalara ehtiyac varmı?

Zaman-zaman müxtəlif dövlət qurumları tərəfindən dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı yeni qaydaların tətbiqi müxtəlif müzakirələri gündəmə gətirdi. Bunlar əsasən yas mərasimində israfçılığın qarşısını almaq məqsədi daşıyırdı. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydaların tətbiq olunacağı da deyilirdi. Bu qaydaların yubanması məsələnin başqa tərəfidir. Yeni qaydalar hələ qüvvəyə minməmiş ortaya yeni bir müzakirə mövzusu da atılıb. Belə ki, yas mərasimlərində iştirak edən mollalar yas sahiblərindən fərqli qiymətlər tələb edir. Hətta bəzi mollalar özlərinə 150 manata qədər qiymət qoymaqdan belə çəkinmirlər. O da var ki, nə Qafqaz Müsəlmanlar İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimində iştirak edən mollalar üçün vahid “əmək haqqı” müəyyən edib. Onlara vahid qiymət qoyulmadığı üçün və ya müdaxilə etmək mümkün olmadığından adətən mollalar yaslarda canfəşanlıq edirlər. Nəticədə yüksək qiymət müqabilində fəaliyyət göstərən mollalar həvəslənir, ruhlanır. Sanki bir-biri ilə yarışa keçiblər. Kim qəbiristanlıqda nə qədər Quran oxudu, kimi neçə yasa aparıblar və sair…

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...