Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mollalar uşaqlar üçün mənalı qış tətili təşkil etdi – İbrətamiz…

“İxlas” mərkəzində uşaqlar üçün tətil təşkil olunub.

Rusiyanın Nijnekamsk şəhərindəki müsəlman din xadimlərinin yaratdığı “İxlas” mərkəzində uşaqlar üçün ənənəvi tətil təşkil edilib.

Din.az yazır ki, bu haqda Rusiya mediası Tatarıstan Respublikası Nijnekamsk rayon administrasiyasının mətbuat xidmətinə istinadla xəbər yayıb. Məlumata görə, bu il tətildə yalnız oğlanlar iştirak edib.

Mollalar 6 gün ərzində uşaqlarla mənəvi-əxlaqi söhbətlər edib, onlarla əbədi dini, milli dəyərlər mövzusunda müzakirələr aparıblar. Oğlanlara ədəb-ərkan, valideynlərə hörmət və Allah yolu ilə getmək barədə dəyərli məsləhətlər verilib.

Uşaqlar eyni zamanda şəhərin bütün qış əyləncə məkanlarını dolaşaraq xizək, konki sürüb, qarda futbol oynayıb, Milad ağacı şəhərciklərini, Qış parkları və xizək kurortlarını gəziblər. Əyləncə proqramları çərçivəsində oğlanlar kinoteatra da gedərək vətənpərvərlik mövzusunda “Üç pəhləvan” cizgi filminə tamaşa ediblər. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...