Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mollalardan inanılmaz addım: nəzir pulunu toplayıb Leninə heykəl qoydular – VİDEO

Heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar toplandı.

Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.

Din.az xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.

Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.

“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, – deyə bələdiyyə nümayəndəsi bildirib.

Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını açıqlayıb.

Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə heykəl qoyması birmənalı qarşılanmayıb.

blob:https://www.dailymotion.com/3641ecfb-1da1-48c1-b870-636879a34f5f

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...