Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mollaların attestasiyası nə vaxt keçiriləcək?!

“Dövlət tərəfindən məscid və icmaların təmiri xüsusi nəzarət altındadır”.

“Ya bu ilin sonu, ya da gələn ilin əvvəli mollaların növbəti attestasiyadan keçirilməsi gözlənilir”.

Din.az bildirir ki, Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev məlumat verib.

O bildirib ki, son illər QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində paytaxtda və bölgələrdə dini ayinlərin icrasına xüsusi diqqət yetirilir.

“Dövlət tərəfindən məscid və icmaların təmiri xüsusi nəzarət altındadır. Mollaların attestasiyasının keçirilməsi savadlı din xadimlərinin bu sahəyə axın etməsinə gətirib çıxarır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...