Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mollanı axtaran sərxoş məscidə girdi, yanğın törətdi

Ufada məscid belə yandı …

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada şəhər sakinlərindən biri kibrit yandıraraq mollanı axtardığı zaman təsadüf nəticəsində məscidi yandırıb.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bu məlumatı Başqırdıstan Daxili İşlər Nazirliyi yayıb. Yanğın noyabrın 3-də gecə saatlarında baş verib. Nazirlik yanğının baş verdiyi məscidin “Həmzə” olduğunu açıqlayıb.

İnsidenti törədən şəxsin 39 yaşının olduğu vurğulanıb. O, polisə verdiyi ifadə də sərxoş olduğunu və məscidin yanından keçərkən onun qapısının açıq qaldığını, mollanı axtarmaq üçün kibrit yandıraraq içəri girdiyini, amma heç kimi tapmadığı üçün kibriti ataraq məscidi tərk etdiyini və bundan sonra yanğının başladığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...