Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Moskva məscidinin imamı saxlanılıb

İmamın verdiyi müsahibə tutulmasına səbəb olub…

Moskvada Yardam məscidinin imamı Mahmud Velitov saxlanılıb.

Onun vəkili bildirib ki, dindara qarşı “terrorrizmə haqq qazandırmaq” barədə maddə ilə ittiham irəli sürülüb.

Məscidin imamını bazar ertəsi saxlayıblar.

“Din.az” “azadlıq.info”ya istinadən xəbər verir ki, “interfaks” agentliyinə müsahibəsində saxlanılan şəxsin vəkili Dagir Xasasov deyib.

“O dünən saxlanılıb, evində və məsciddə axtarış aparılıb”, – cənab Xasavov deyib.

Vəkilin sözlərinə görə, ittihamlar müvəkkilinin Əl-İslami telekanalına verdiyi müsahibə və xütbələrindən biri ilə bağlıdır.

Mahmud-Velitov-300x193

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...