Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Moskvada azərbaycanlılar kütləvi iftar süfrəsi təşkil edib – FOTO

İftarda digər millətlərin təmsilçiləri də iştirak edib

Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu Moskvada kütləvi iftar süfrəsi təşkil edib.

“Din.az” xəbər verir ki, fonddan “lent.az”a verilən məlumata görə, iftar süfrəsində Moskvanın Azərbaycan icmasının çoxsaylı nümayəndələri, ilahiyyatçılar, dindarlar, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə yanaşı digər millətlərin təmsilçiləri də iştirak ediblər.

İftar süfrəsi Quran qiraəti ilə başlayıb. Qonaqlar qarşısında çıxış edən tanınmış ilahiyyatçı Ağa Rəşid Talıblı İslam dininin üstünlüklərini və müsəlmanlar tərəfindən unudulmuş, əməl olunmayan istiqamətlərdən danışıb.

AMİİF sədri Şamil Tağıyev isə qonaqları salamlayaraq, Azərbaycan diaspor təşkilatları ilə yanaşı, digər millətlərin də nümayəndələrinin bir arada olmasını iftarın elə əsas məqsədlərindən olduğunu qeyd edərək, Ramazan ayının birlik və dostluq ayı olduğunu vurğulayıb.

c43e5a4225a616c5224e5bc06b573102

4df73d40ac2b5fba9ecce432ed92e7ed

0bdcdc38257e1195a73695bd4da271f1

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...