Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Moskvada Cümə məscidində Orxan Camalla vida mərasimi keçirilib

Jurnalist Orxan Camalla vida mərasimi keçirilib.

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Cümə məscidində Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist Orxan Camal ilə vida mərasimi keçirilib.

Din.az xəbər verir ki, mərhumun xatirəsinə cənazə namazı qılınıb.

Jurnalistlə vidalaşmaq üçün çox sayda həmkarı, qohumları və yaxınları gəlib.

Qeyd edək ki, hərbi jurnalist olan Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada tanınmış rusiyalı müsəlman ictimai xadimi Heydər Camalın ailəsində anadan olub. “Veçernaya Moskva”, “Nezavisimaya qazeta”, “Novaya qazeta” kimi bir sıra nəşrlərlə əməkdaşlıq edib. Şimali Qafqazda, Cənubi Osetiyada, Əfqanıstanda, İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında işləyib. Dini Jurnalistlər İttifaqının və Rusiyanın Müsəlman Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. Krımın Rusiyaya birləşdirilməsinə açıq şəkildə etiraz edib.  / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...