Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Moskvada daha bir məscid istifadəyə verildi

Moskvada “Quran” oxunub, ilahilər səslənib.

Rusiyanın paytaxtı Moskvada 8-ci məscid açılıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramazan bayramına təsadüf edən açılış mərasimini Rusiyanın baş müftisi Ravil Qavinuttin həyata keçirib.

Mərasimdə “Quran” oxunub, ilahilər səslənib və İslama aid fotolar sərgilənib.

Qeyd edək ki, 400 kvadrat metr ərazisi olan məsciddə 450 nəfər ibadət edə biləcək. Məsciddə tədbirlər keçirmək üçün bir neçə zal da mövcuddur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...