Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MOSKVADA MÜSƏLMANLARIN MİTİNQİ BAŞLADI – FOTO

Myanmadakı müsəlmanların qətlinin dayandırılmasını tələb edildi.

Moskvadakı Myanma Səfirliyi qarşısında bir neçə yüz müsəlmanın iştirakı ilə mitinq başlayıb.

Din.az bildirir ki, etirazçılar Myanmadakı müsəlmanların qətlinin dayandırılmasını tələb ediblər. Onlar səfirlik qarşısında “Allah əkbər” ifadələrini səsləndiriblər. Polis mitinqə müdaxilə etməyib.

Qeyd edək ki, Myanmanın Rakxayn ştatında müsəlmanlara qarşı təqiblər başlayıb. Təqiblər ucbatından artıq 70 mindən çox müsəlman Myanmadan qaçıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...