Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Moskvada namaz qılan mühacirlər saxlanıldı

Rusiyada namaz qılan Mərkəzi Asiya ölkələrinin vətəndaşları saxlanılıb.

Moskva polisi ticarət mərkəzlərindən birinin yaxınlığında namaz qılan Mərkəzi Asiya ölkələri mühacirlərini saxlayıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılan 25 nəfər mühacir ictimai asayişi pozmaqda ittiham edilirlər.

Onların arasında 18 nəfər Tacikistan, 2 nəfər Özbəkistan və Qırğızıstan, 1 nəfər Türkiyə vətəndaşı olub. Saxlanılanlar haqqında inzibati protokol tərtib edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...