Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Moskvanın məşhur aeroportunda namaz otağı açılacaq – İBRƏTAMİZ…

Hava limanında müsəlmanlar üçün ibadət otağı açılacaq.

Rusiya paytaxtının Şeremetyevo hava limanında müsəlmanlar üçün ibadət otağı açılacaq.

Din.az yazır ki, bu haqda rusdilli İslam saytları xəbər yayıb.

Moskvanın peyk-şəhərlərindən olan Ximki şəhərinin müsəlman icmasının sədri Kamil Həsən Mannapov ibadət otağının yerləşəcəyi məkanla tanış olub. Görüşdə hava limanının və “Zəkat” xeyriyyə fondunun əməkdaşları iştirak edib. Aeroportun nümayəndəsi qeyd edib ki, ibadət otağının yerinin seçilməsi təsadüfi deyil; bu günədək müsəlmanlar əsasən zalın məhz bu hissəsində ibadət ediblər. Namaz otağı Şeremetyevo hava limanının 1-ci mərtəbəsindəki “E” terminalında yerləşəcək.

P.S. Bildiyimizə görə, müsəlman şəhəri hesab edilən Bakının hava limanında ibadət üçün otaq ayrılmayıb… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...