Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Mossad” agentləri iranlı hərbi müşavirləri qətlə yetirdi

İsrail agentləri Tunisdən Liviyaya daxil olan korpus nümayəndələrini izləyib.

İsrailin “Mossad” xarici kəşfiyyat qurumunun agentləri Liviyada iranlı hərbi müşavirləri zərərsizləşdirib.

Din.az bildirir ki, bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, iranlı diplomatlar və güc strukturlarından olan nümayəndələr Liviya üzərində təsir “rıçaqları” əldə etmək üçün Tunis və Maltada yüksək vəzifəli liviyalı siyasətçilər, hərbçilər və biznesmenlərlə gizli görüşlər keçirib.

Liviyanın cənubuna göndərilən İnqilab keşikçiləri korpusundan olan iki hərbi müşavir sonradan müəmmalı şəraitdə həlak olub.

Mənbənin sözlərinə görə, İsrail agentləri Tunisdən Liviyaya daxil olan korpus nümayəndələrini bir müddət izləyib.

Onların “Mossad”ın işə cəlb etdiyi liviyalı yaraqlılar tərəfindən ölkənin cənubunda yerləşən şəhərlərdən birində öldürüldüyü xəbər verilir. / oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...