Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mosul qadın bazarından görüntülər – İslamı dəhşətə saldı

İslam düşmənləri qadını bir satılıq mal kimi bazarlarda hərraca çıxarır

Dinə yaxşı bələd olanlar İslamda qadına verilən dəyərdən, onun necə uca tutulmasından xəbərdardır. Peyğəmbər (s.ə.s.) Vida xütbəsində “Qadınlar sizə Allahın bir əmanətidir” deyə buyurmuşdur.

“Din.az” xəbər verir ki, İslamda qadınlar Uca Allahın əmanəti kimi qiymətləndirilir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcu olaraq bildirilir.

İslamiyyət qadına xüsusi önəm vermiş və cəmiyyətdə qadının rolunu yüksək dəyərləndirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır.

Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir.

Bəs indi qadına İslamda buyurulduğu kimi qiymət verilirmi?

Təəssüf ki, yox…

Din adı altında qadınlara göstərilən münasibət dünyanın əksər müsəlman  ölkələrində onların nəinki qadın, hətta insan kimi qəbul olunmadığı gerçəyini ortaya çıxarır.

Özünü dindar adlandıran, guya İslam adət-ənənəsi ilə yaşayan “müsəlmanlar” Allahın əmanətinə əşyadan fərqli münasibət bəsləmir.

Bunun nəticəsidir ki, bu gün İslam düşmənləri qadını bir satılıq mal kimi bazarlarda hərraca çıxarır.

Gördüyünüz bu şəkil Mosulda çəkilib. Bura “Qadın bazarı” adlanan yerdir. Bəli, qadınların alınıb satıldığı bazar.

Görəsən, o inanıb and içdikləri Müqəddəs kitabın hansı səhifəsində yazılıb bu haqda? Səcdə etdikləri hansı müqəddəs buyurub onlara bu əməli?

Bu ancaq özlərindən qondardıqları dindən bir “ayə” ola bilər.

Çünki İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyil.

Bu, əsl İslam deyil.photo_6897

MÜZAKİRƏ

1 şərh Mosul qadın bazarından görüntülər – İslamı dəhşətə saldı üçün

  1. ramazan dedi:

    megaleni yazanin deyesen qenimetler haqqinda islamda olan qanunlardan xeberi yoxdur

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...