Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mövlud Çavuşoğlu: “Fələstinlilərin qəbul etmədiyi həll yolunu Türkiyə də qəbul etməz”

Fələstin – İsrail münaqişəsinin həlli istiqamətində atılan təktərəfli addımlar heç bir fayda verməyib.

“Fələstinlilərin qəbul etmədiyi həll yolunu Türkiyə də qəbul etməz”.

Din.az bildirir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Fələstin – İsrail münaqişəsinin həlli istiqamətində atılan təktərəfli addımlar heç bir fayda verməyib.

“Münaqişədə vasitəçi olmaq üçün tərəfsiz olmaq vacibdir, ancaq ABŞ bu münaqişədə tərəf tutur. ABŞ-ın “pul ilə hər şeyi həll edə bilərik” yanaşması bu münaqişəni həll edə bilməz”,- deyə nazir vurğulayıb. (APA)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...