Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mövlüd Çavuşoğlu: Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik

M.Çavuşoğlu: “Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi”.

“Xocalı faciəsini unutmadıq və bu faciənin bir daha təkrar olunmasına izin verməyəcəyik”.

Din.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu “Twitter”dəki səhifəsində yazıb.

M.Çavuşoğlu qeyd edib: “Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...