Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MOZAMBİKDƏ MƏSCİDLƏR BAĞLANILIR

“Məscidlərin bağlanması günahsız müsəlmanlara çox pis təsir edir”.

Mozambik rəhbərliyinin, oktyabr ayında törədilən terror hücumlarında iştirak edən bəzi şəxslərin getdikləri məscidləri bağlamağa başladığı deyilir.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin 11 vilayətindən biri olan Kabo Delqadonın Pemba şəhərində üç məscid bağlanıb. Müsəlman qruplar hökumətin bu qərarına sərt reaksiya veriblər.

Pemba şəhərinin İslam Şurasının rəhbəri Nəsrullah Dula indiyə qədər üç məscidin bağlandığını qeyd edib. Onlar bunun günahsız müsəlmanlara çox pis təsir etdiyini deyiblər: “Müsəlmanların həyatı məscidlərlə sıx bağlıdır. Məscidlərin bağlanması müsəlman camaatında mənfi hisslər yaradır”.

Mozambikdə müsəlmanlar rəsmi olaraq ümumi əhalinin 18%-ni təşkil edir. Hadisələrin baş verdiyi və təbii qazla zəngin olan Kabo Delqado bölgəsinin isə əksəriyyəti müsəlmanlardan ibarətdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...