Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarıyla görüşüb

Dünyanın müxtəlif təşkilatları Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Azərbaycan nümayəndə heyəti Los Ancelesdə ABŞ-ın iki ən nüfuzlu yəhudi təşkilatı ilə görüşlər keçirib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti Kaliforniya ştatına səfəri çərçivəsində 15 may tarixində ABŞ-da fəaliyyət göstərən ən aparıcı və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) Los Anceles ofisinin rəhbərliyi və dünyanın ən böyük yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental Mərkəzinin sədri Ravvin Marvin Hier ilə görüşlər keçirib.

Nümayəndə heyətinin üzvləri həmçinin sözügedən Mərkəzin Tolerantlıq Muzeyi ilə də tanış olublar. Bu muzey dünyada Holokosta həsr olunmuş ən böyük muzeylərdəndir.

AIPAC-ın Los Anceles ofisinin rəhbərliyi və Ravvin M.Hier də öz növbələrində təmsil etdikləri təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini, Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Görüşlərdə həmçinin Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...