Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki müşavirini qəbul edib

Səfirliyin siyasi işlər üzrə müşaviri ölkəmizdə yeni fəaliyyətə başlayır

Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri qəbul edib.

“Din.az” xəbər verir ki, komitənin mətbuat xidmətindən verilən məlumata görə, Komitə sədri Azərbaycandakı dini durumu barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır.

Ölkə əhalisinin 96%-nin İslam dininə mənsub olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Bu gün Azərbaycanın tolerant və multikultural dəyərlərə görə dünyada nümunə sayılan ölkələrdən biri olduğunu deyən Komitə sədri adıçəkilən dəyərlərin dövlət səviyyəsində təbliğ və təşviq edildiyini vurğulayıb.

O bildirib ki, Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar ibadətlərini sərbəst həyata keçirirlər. Dövlətin dini icmalara daim qayğı göstərdiyini deyən M.Qurbanlı Prezident İlham Əliyev tərəfindən İslam və qeyri-İslam dini icmalara maliyyə vəsaitinin verilməsi ilə bağlı imzaladığı Sərəncamları da qonağın diqqətinə çatdırıb.1470125099_57888

U.Solley Azərbaycanda yeni fəaliyyətə başladığını önə çəkərək Komitə sədrinə qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanda dini durumun sabit olduğunu qeyd edərək, dövlət-din, konfessiyalararası münasibətlərin vəziyyəti, ölkəmizdəki multikultural və tolerant mühit barədə fikirlərini bölüşüb və ölkəmizdə mövcud olan bu ənənələrin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...