Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlı: “Azərbaycan İlahiyyat İnstitununda təhsil ödənişsiz olacaq”

İlahiyyat İnstitutu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub.

“Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək”.

Din.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitutu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub.

Azərbaycan İlahiyyat İnstitutunda təhsilin ödənişsiz olacağını vurğulayan M. Qurbanlı qeyd edib ki, ilkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq. / Apa.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...