Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı: “Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir”

“Sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi.”

“Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir”.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini mərasimlər: ənənəvilik və müasirlik” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olundu.

M.Qurbanlı deyib ki, Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır.

Komitə sədri vurğulayıb ki, istər İslam, istər qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə qarışmır və din də dövlət siyasətinə müdaxilə etmir:

“Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.

M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir:

“Birincisi qanun buna imkan vermir, biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verməməlidir, bütün tədbirlər məscidlərin daxilində olmalıdır, kənar atributlar məscidlərə gətirilə bilməz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...