Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mübariz Qurbanlı azərbaycanlı “hacı”lara əsəbləşdi: “Dinə gəlirsinizsə, düz-əməlli gəlin”

“Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir”. “Din.az”ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan: “Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli […]

“Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir”.

“Din.az”ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan:

“Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin”.

Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz:

“Bu, böyük günahdır. Bəziləri az qala hamıya deyir ki, oruc tuturam, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu, yolverilməzdir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...