Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı bayram münasibətilə vətəndaşları təbrik etdi

Komitə sədri xalqımıza ən səmimi arzularını dilədi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Din.az Metbuat.az-a istinadən bildirir ki, sosial şəbəkə hesabından etdiyi paylaşımla vətəndaşları təbrik edən komitə sədri xalqımıza ən səmimi arzularını diləyib.
Təbrik paylaşımında deyilir:

“Əziz dostlar, Sizi bərabərlik, mərhəmət və xeyirxahlıq kimi yüksək əxlaqi hisslər aşılayan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...