Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı: “Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır”

“Azərbaycan ən müxtəlif dini, etnik və mədəni qrupların bir araya gələrək əla anlaşdığı və birgə yaşadığı unikal nümunələrdən biridir”.

“Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmi və terrorizmi aradan qaldırmaqdır”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən ikinci Azərbaycan-Avropa Dinlərarası Dialoq və Radikalizmə qarşı Mübarizə Konfransında deyib.

O qeyd edib ki, ekstremist əhval-ruhiyyənin yayılmasına təsir göstərən bir sıra amillər var: “Azərbaycan ən müxtəlif dini, etnik və mədəni qrupların bir araya gələrək əla anlaşdığı və birgə yaşadığı unikal nümunələrdən biridir. Bütün bunlar dövlətçiliyimizin əsasında qoyulub”.

Onun sözlərinə görə, indiyədək ölkədə dinlərarası münaqişə zəmnində heç bir qarşıdurma olmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...