Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MÜBARİZ QURBANLI Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

“Azərbaycanda müxtəlif etnik qruplar əsrlər boyu birgə yaşayıblar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Din.az bildirir ki, Komitədən “Report”a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağa ölkəmizdəki mövcud tolerantlıq mühiti və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda əsrlər boyu müxtəlif etnik qrupların birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələndiklərini, ölkəmizdəki dini müxtəlifliyin cəmiyyətimizin ayrılmaz xüsusiyyəti olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan həqiqətlərindən də söz açan Komitə sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, eyni zamanda regionda mədəniyyətlərarası dialoqa, demokratik dəyərlərə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməli olduğunu qeyd edib.

Nümayəndəliyin rəhbəri xanım Elena Aymone Sessera BQXK-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Dövlət Komitəsi ilə işgüzar əməkdaşlığın qurulmasında, eləcə də birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonağa təqdim edib.

Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...