"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Mübariz Qurbanlı dini məsələ ilə bağlı alimlərimizə səsləndi

Share Button

“Alimlər də öz baxışlarını bildirməlidir…”

“Bizim bir müsəlman ölkəsi kimi din məsələsindəki perspektivlərdə hansı siyasəti həyata keçirməli olduğumuza dair yalnız siyasətçilər deyil, həm də alimlər öz baxışlarını bildirməlidirlər. Alimlər dini tədqiqatlarla öz fikirlərini irəli sürməlidirlər ki, dövlət həmin tədqiqatlara söykənərək dövlət-din münasibətlərində siyasətini qura bilsin”.

“Din.az” bildirir ki, Trend-in məlumatına görə, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, son 15 ildə müxtəlif bölgələrdə baş verən toqquşmalar zamanı 2,5 milyon insan həyatını itirib və hər gün yüzlərlə insan həyatını itirməkdədir: “Bu toqquşmalar arasında dini zəmində-məzhəblərarası toqquşmalar da var. Eyni zamanda, din pərdəsi altında ayrı-ayrı terror qruplarının dünyanın müxtəlif ölkələrində böyük faciələrə səbəb olan ayrı-ayrı terrorlara yol verdiyini görürük. Son 15 ildə 170 min insan dini zəmində olan terror aktları nəticəsində öz həyatını itirib. Bu terror aktlarının 75 faizi müsəlman ölkələrində törədilib. Terror aktlarının yalnız 2 faizi Qərbi Avropa və ABŞ-da baş verib. Ona görə də müsəlman ölkəsi kimi din məsələsindəki perspektivlərdə hansı siyasəti həyata keçirməli olduğumuza dair yalnız siyasətçilər deyil, həm də alimlər də öz baxışlarını bildirməlidirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir