Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

MÜBARİZ QURBANLI: Ermənistan işğal etdiyi ərazilərimizdə Azərbaycanın maddi-mədəni irsinə ağır zərbə vurub

“Ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizənin artıq nəticə verir”.

Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, işğal altında olan ərazilərimizdə xalqımızın maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurub.

Din.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DQİDK sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşündə deyib.

Görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. M.Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlər boyu Azərbaycan xalqının formalaşdırdığı qarşılıqlı hörmət və dözümlülük ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.

Dövlət Komitəsinin fəaliyyəti barədə də portuqaliyalı deputata məlumat verən M.Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.

Söhbət zamanı Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məlumat verib.

Portuqaliya parlamentinin deputatı D.Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrindən, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətindən mütəəssir olduğunu bildirib.

Görüşdə eyni zamanda, Azərbaycan və Portuqaliyanın bu sahədə birgə əməkdaşlıq üçün yaxşı perspektivlərinin olduğu qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...