Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mübariz Qurbanlı filmlərdəki qayınana obrazlarına qarşı çıxdı

“Fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır.”

“Azərbaycanda televiziya ekranlarında yayımlanan fantastik filmlər tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır.

O, həmçinin Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib: “Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: “Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...