Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mübariz Qurbanlı Füzulidə vətəndaşları qəbul edəcək

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və saat 11:00-da başlayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Füzuli rayonunda vətəndaşları qəbul edəcək.

Din.az bildirir ki, bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və saat 11:00-da başlayacaq. Qəbulda Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...