Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Qəbul Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunun akt zalında keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 14-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Din.az bildirir ki, bu barədə “Report”a DQİDK-nin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunun akt zalında (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450) saat 11:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...