Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib

Vətəndaşlar əsasən, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində vətəndaşları qəbul edib.

Din.az bildirir ki, Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbuldan öncə Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda M.Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonları sakinlərinin müraciətlərinə baxıb.

Vətəndaşlar, əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...