Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mübariz Qurbanlı: “Gənclərimiz kosmopolit deyil, milli ruhda böyüməlidirlər”

“Özümüzü qorumağın yolu isə gənc nəslə özümüzə aid olanların daha yaxşı təşviq və təbliğ edilməsidir”.

Mübariz Qurbanlı: “Biz mütləq özümüzü qorumalıyıq. Özümüzü qorumağın yolu isə gənc nəslə özümüzə aid olanların daha yaxşı təşviq və təbliğ edilməsidir”.

Milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması ilə bağlı yol, istiqamət, strategiya çox dəqiq müəyyən edilib. Ulu Öndərin çıxışlarında da deyilir ki, milli-mənəvi dəyərlərimiz bizim dilimizdir, dinimizdir. Himnimiz, gerbimiz, bayrağımız, müstəqilliyimiz, xalqımıza məxsus olan adət-ənənələrimiz və digər dəyərlərimiz qorunmalı, yaşadılmalı, gənc nəslə çatdırılmalıdır. Milli-mənəvi dəyərlərin təbliğində medianın, xüsusilə, elektron kütləvi informasiya vasitələrinin, internetin, həmçinin, bədii filmlərin çox böyük rolu və təsiri var. Televiziyalarımızda da son illərdə verilişlərin, filmlərin bu istiqamətdə artdığını görürük.

Din.az bildirir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Millətimizə aid olan tarixi qəhrəmanlıq hadisələrini, Dağlıq Qarabağda gedən döyüşləri, bu döyüşlərdə şəhid olan şəhidlərimizi, şəhidlik yolunda böyük qəhrəmanlıq göstərən həmvətənlərimizi, tarixi şəxsiyyətlərimizi təbliğ və təşviq edən yeni-yeni əsərlər, filmlər ortaya qoymalıyıq…”

“Dünya informasiya baxımından, insanların hərəkət azadlığı və fikir mübadiləsi baxımından kiçilir. Bu gün dünyada baş verən hadisələri çox ani, çox az zaman içərisində öyrənmək, bilmək mümkün olur”-deyən M. Qurbanlının sözlərinə görə, eyni zamanda, dünyada bir tərəfdən qloballaşma gedir, bir tərəfdən mədəniyyətlərarası inteqrasiya və mədəniyyətlərarası inteqrasiya içərisində uyuşma gedir.

“Burada mübarizə də gedir və bu prosesdə özünüqoruma instikti çox böyük rol oynayır. Odur ki, bütün bu qlobal proseslərin içərisində böyük dövlətlərin, bizdən sayca çox olan xalqların mədəniyyətlərinin, onların mənəviyyata bağlı bu və ya digər dəyərlərinin təsiri altına düşməli deyilik. Biz mütləq özümüzü qorumalıyıq. Özümüzü qorumağın yolu isə gənc nəslə özümüzə aid olanların daha yaxşı təşviq və təbliğ edilməsidir.

Burada da televiziyanın və televiziyalarda nümayiş etdirilən filmlərin, yazılan kitabların çox böyük rolu var. Ona görə biz millətimizə aid olan tarixi qəhrəmanlıq hadisələrini, Dağlıq Qarabağda gedən döyüşləri, bu döyüşlərdə şəhid olan şəhidlərimizi, şəhidlik yolunda böyük qəhrəmanlıq göstərən həmvətənlərimizi, tarixi şəxsiyyətlərimizi təbliğ və təşviq edən yeni-yeni əsərlər, filmlər ortaya qoymalıyıq, gənc nəslə özümüzə aid olanların daha yaxşı öyrənilməsinə imkan yaratmalıyıq.

Yəni, onlar kosmopolit deyil, milli ruhda böyüməlidirlər. Şərait yaratmalıyıq ki, onlar öz millətinin tarixini, xalqımıza məxsus xüsusiyyətləri gözəl bilsinlər. Dilinə, dininə, mədəniyyətinə böyük hörmət bəsləsinlər. Burada isə dediyim kimi, televiziya verilişləri, bədii filmlər, kitablar, təhsil çox böyük rol oynayır. Bu baxımdan, fəaliyyətimizə bu istiqamətdə yüksək həssaslıqla yanaşırıq”-deyə, M. Qurbanlı sözlərinə əlavə edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...