Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MÜBARİZ QURBANLI Horadizdə vətəndaşları qəbul edib

M.Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan sakinləri qəbul edib.

Din.az bildirir ki, Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbuldan əvvəl M.Qurbanlı və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.

Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

M.Qurbanlı müraciətləri diqqətlə dinləyib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...