Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlı: “İnsanların inancına bağlı olan məsələlərə qarışa bilmərik”

“İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

Din.az APA-ya istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, sovet dövründə də ehsan masaları qurulurdu.

“İmam Hüseyn əzadarlığının birinci ili deyil. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacağam, kimsə deyir halva paylayacağam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu, insanların şəxsi istəyidir və bununla təskinlik tapırlar”, – M. Qurbanlı qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...