Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

MÜBARİZ QURBANLI: “İslam Həmrəyliyi” ili mühüm tarixi əhəmiyyət kəsb edib

“Dünya azərbaycanlıları Azərbaycançılıq amalı ətrafında milli birlik nümayiş etdirirlər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Facebook vasitəsilə Azərbaycan xalqını təbrik edib.

Din.az-ın məlumatına görə, təbrikdə deyilir: “Böyük Öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyata keçirdiyi Azərbaycançılıq ideologiyası xalqımızın vahid məqsəd ətrafında birləşməsini şərtləndirən əsas amillərdəndir”.


Komitə sədri bildirib ki, bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, dünya azərbaycanlıları Azərbaycançılıq amalı ətrafında milli birlik nümayiş etdirirlər: “Dövlət başçımızın 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, həmrəyliyə və dostluğa töhfə olmaqla, mühüm tarixi əhəmiyyət kəsb edib. İnanırıq ki, qarşıladığımız 2018-ci il respublikamızın həyatında əlamətdar il kimi yadda qalacaq.

Hər birinizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzu edirəm”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...