Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlı: “Maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşib”

Mübariz Qurbanlı: “MDTF-nin yaradılması təqdirə layiqdir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, maddi dəstəyi məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər ala biləcəklər.

“Bizim üçün milli-mənəvi dəyərlərin təbliği, mühafizəsi əhəmiyyət kəsb edir”.

Din.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) bu baxımdan təqdirə layiqdir: “Prezident tərəfindən Fonda vəsait ayrılıb. Fond Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə maddi dəstək alacaq din xadimlərinin siyahısını müəyyənləşdirib. Siyahıya əsasən, QMİ-nin təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər”.

10 oktyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...