Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mübariz Qurbanlı: “Media radikal fikirlərin qabardılaraq cəmiyyətdə yayılmasına yol verməməldir”

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.

Din.az xəbər verir ki, konfransda DQİDK və MŞ rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dini-ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadlğını diqqətə çatdırıb. O qeyd edib ki, media radikal fikirlərin qabardılaraq cəmiyyətdə yayılmasına yol verməməldir.

M.Qurbanlının sözlərinə görə, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin dini mövzuda bilikırinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi nəzərindən yanaşır.

Ə.Amaşov bu kimi tədbirlərin keçirilməsin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və media mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayılar. /  Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...