Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mübariz Qurbanlı: Məhərrəmlikdə zəncir vurmaq, özünə xətər yetirmək sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir

Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq.

Bu il Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra Aşura olacaq.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq. Bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.

Komitə sədri əlavə edib ki, Məhərrəm ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər:

“Fikrimcə, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər islami dəyərlərə söykənir. Məhərrəm ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir”.

M.Qurbanlı qeyd edib ki, Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir. Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur:

“Məhərrəmlikdə zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Əgər dini ayinlərin icrası zamanı belə hallar olacaqsa, dini ayinlərin icrasında yol verilən nöqsan olacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...