Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MÜBARİZ QURBANLI: “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır”

“Bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır”.

“Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlı Nazirlər Kabineti məzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”.

Din.az bildirir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: “Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi var, bizim komitə də qaydalara baxıb.

Bu məsələ Nazirlər Kabinetində ekspertlərin, hüquqşünasların, sosioloqların, o cümlədən ilahiyyatçı alimlərin iştirakı ilə müzakirə olunub. Artıq bütün mərhələlərdən keçib. Hesab edirəm ki, qaydalar yaxın vaxtlarda təsdiq olunacaq. Bununla bağlı heç bir sual, hər hansı əngəl yoxdur. Sadəcə, sənəd müxtəlif instansiyalardan keçməli və müzakirə olunmalıydı. Bu, olduqca həssas məsələ olduğu üçün tələskənliyə yol verilmir. Nazirlər Kabineti prosedura uyğun olaraq, qaydaları yaxın vaxtlarda təsdiq edəcək”, – deyə M. Qurbanlı bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...